Onun səsi efirdə
Xəzər TV və LOQOS TV verilişlərindən qısa fraqmentlər. Videoya toxunun — altyazılar göstəriləcək.
Autizm haqqında — efirdə
Valideyn ömür boyu yanındadır
Autizm niyə xəstəlik deyil, fərqlilikdir · 2021
Mətn
Biz valideynlə paralel işləyirik.
Mərkəzdə uşaqla 2–3 saat işləyə bilirik, amma valideyn bir ömür boyu uşağının yanındadır.
Ona görə böyük məsuliyyət valideynlərin üzərinə düşür ki, özləri bilgili olsunlar.
Çünki autizm spektr pozuntusu xəstəlik deyil, bir fərqlilikdir. Bu fərqlilik ömür boyu qalacaq.
Akademik bacarıqları olacaq, davranışları düzələcək, amma haradasa bir fərqlilik qalacaq.
Eyni iki uşaq yoxdur
Autizmdə fərdi proqram · 2021
Mətn
Hər uşağa yanaşmamız fərdidir.
Autizmli heç bir uşaq digərinin təkrarı deyil, o, fərddir.
Akademik bacarıqlarına, davranışlarına, biliklərinə görə bir-birindən fərqlənirlər — yanaşmamız da fərdi olur.
Əvvəlcə testdən keçiririk, spektrin hansı dərəcəsində olduğuna baxırıq və buna əsasən proqram tərtib edirik.
Və kompleks terapiya aparırıq: psixopedaqoji, psixoloji, sensor inteqrasiya, müalicəvi idman.
Nə vaxt şübhələnməli
Autizmin erkən əlamətləri · 2021
Mətn
Bu uşaqlar sosial ünsiyyətdən qaçır, göz təması olmur,
özlərinə qapanırlar, nitqləri olduğu halda istifadə etmək istəmirlər, təkrarlanan davranışlar sərgiləyirlər.
Bu əlamətləri görürsünüzsə, psixiatra, nevropatoloqa, mütləq psixoloqa müraciət edin — testlərdən keçirilməlidir.
Onun səsi: müsahibələrdən qısa fraqmentlər
Xəzər TV və LOQOS TV verilişlərindən parçalar, orijinal azərbaycan dilində.
Uşaq nə vaxt danışmalıdır
Nitq inkişafının yaş normaları · 2024
Mətn
Bir yaşında uşaqlar ətrafdakı bir neçə əşyanın adını müstəqil şəkildə deməlidirlər.
Məsələn: su, ana, ata — bu sözləri uşaqlar bir yaşında deməyə başlayırlar.
9 ayında hecalar deyirlər.
Bir yaşında sözlər, yaş yarımında söz birləşmələri, 2 yaşında sadə, 3 yaşında mürəkkəb cümlələr.
Loqoped, yoxsa psixopedaqoq?
Niyə anlama nitqdən əvvəl gəlir · 2019
Mətn
Bəzən valideynlər müraciət edir ki, istəyirik uşağımızla loqoped məşğul olsun.
Uşağımızın nitqi yoxdur. Amma bu heç də doğru fikir deyil.
Mütəxəssislərimiz izah edir ki, əvvəlcə uşaqda anlama-qavrama formalaşmalıdır.
Uşaq ətraf aləmi dərk etməlidir ki, hər şeyi adlandıra bilsin — onda nitq formalaşır.
Buna görə ilk olaraq uşağı psixopedaqoqa yönləndiririk.
Bilir, amma susur
Uşaqlarda özgüvən əskikliyi · 2024
Mətn
Bəzən valideynlər deyir ki, uşaq dərsini bilir, mənə danışır, amma dərsdə müəllimə danışa bilmir.
Biz araşdırmalıyıq ki, bunun səbəbi nədir.
Ola bilər ki, evdə uşaqdan həddindən artıq tələb edirlər, onun üstünə çox gedirlər.
Uşaqda özgüvənsizlik yaranır — belə uşaqlara tez-tez rast gəlirik.
Bildikləri halda fikirlərini ifadə etməkdə çətinlik çəkir, utanır, səhv edib-etmədiklərinə əmin olmurlar.
Və fikirlərini ifadə etməkdən qaçırlar.
Mütəxəssisə nə vaxt müraciət etməli
Nə qədər tez — o qədər tez nəticə · 2019
Mətn
Valideynlər maariflənməlidir. Nə yaxşı ki, son zamanlar bizə daha tez müraciət edirlər.
Uşağın inkişafına nə qədər tez diqqət yetirsələr, bir o qədər qısa zamanda nəticə alırlar.
Üç yaşından sonra nitqdə ləngimə görürlərsə, mütləq mütəxəssisə müraciət etməlidirlər.
Asperger sindromunun əlamətləri
«Bilməlisiniz» rubrikası · 2019
Mətn
Bilirsinizmi, Asperger sindromunun əlamətləri hansılardır?
Nitqləri olmasına baxmayaraq, ünsiyyətdə çətinlik çəkirlər.
Özlərində və ya ətrafda dəyişiklikləri sevmirlər.
Təkrarlanan davranışlar sərgiləyirlər.
Göz təması çox zəif olur.
Reaksiyaları həddindən artıq kəskin və ya əksinə çox zəif olur.
Səs tonu eyni ritmdə olur, emosiyalar qeyri-adekvat olur.
Fərqli maraq dairələri olur.
Dünya proqramları azərbaycan dilində
LOQOS-da ABA, PECS, Son-Rise, TEACCH · 2019
Mətn
ABA, PECS, Son-Rise, TEACCH — xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məhz bu proqramlar əsasında işlənilir.
Bu proqramlar Avropa ölkələrində tətbiq edildiyi üçün,
LOQOS mütəxəssisləri olaraq bir araya gəldik və onları Azərbaycan dilinə tərcümə etdik.
Mərkəzimiz üçün lazım olan bəndləri öz inkişaf proqramımıza əlavə etdik.
Nə üçün məhz bəzi bəndlər?
Çünki bu bəndlərlə uşaqlardan daha qısa zamanda nəticə alırıq.
Niyə 5 yaşa qədər çatmaq vacibdir
Nitq qüsurları və korreksiya vaxtı · 2024
Mətn
Biz bunları ayırmağı bilməliyik.
Nitq 3 yaşına qədər normal şəkildə inkişaf etməlidir.
Nitq qüsurları ilə isə uşağın nitqi 5 yaşına qədər inkişaf edə bilər.
Ona görə qüsurları vaxtında müayinə edib korreksiya etməliyik.
Ekran yerinə oyun
Bayram — uşağı inkişaf etdirmək fürsəti · 2024
Mətn
Texnologiya dövründə uşaqlar birtərəfli informasiya alır, ünsiyyətdən qaçırlar.
Bunun əvəzinə uşaqlarla oyun oynasaq, motor bacarıqlarını inkişaf etdirsək, bu, inkişaf üçün daha önəmli olar.
Məhz bayram vaxtı bundan istifadə edə bilərik.
İlk addım — söhbət
LOQOS mərkəzində konsultasiyaya yazılın: mütəxəssis uşağın inkişafını qiymətləndirəcək və haradan başlamağı göstərəcək.